ASCO Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq edib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) küləkli hava şəraiti ilə əlaqədar Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq göndərib.
Bunu ASCO-nun mətbuat katibi Mehman Mehdiyev deyib.
Xəbərdarlıqda qeyd olunub ki, gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün. Bildirilib ki, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun.
"Həmçinin səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırmalıdırlar", - Mehdiyev əlavə edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























