"Azərişıq" bu il yenidənqurma prosesini 90 faiz yekunlaşdırıb - Vaqif Aydınoğlu

Cari il üçün nəzərdə tutulan 100 dən çox kənd və yaşayış məntəqəsinin elektrik enerji şəbəkəsi yenidən qurulması prosesi artıq 90 faiz yekunlaşıb. Bunu "Azərişıq" ASC-nın mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Vaqif Aydınoğlu deyib.
"2022-ci ilin planlamasında 100-dən çox kənd və qəsəbənin elektrik təsərrüfatında yenidən qurma işləri nəzərdə tutulmuşdu. Artıq 90 faiz işlər yekunlaşmaq üzrədir. Görülən işlər investisiya proqramına əsasən aparılıb. Növbəti il üzrə də hazırlanan plan üzrə yenidənqurma və bərpa işləri davam etdiriləcək" - mətbuat katibi bildirib.
"Azərişıq” ASC 2022-ci ilin əvvəlindən etibarən regionlarda yeni layihəyə start verib.
Layihə çərçivəsində Şəkinin Baş Zəyzid, Şirinbulaq, Aşağı Göynük, Aşağı Daşağıl kəndlərinin elektrik şəbəkəsində yenidənqurma işlərinə başlanılıb.
Ümumilikdə, 1826 abonentin yaşadığı bu 4 kənd ərazisində 41 ədəd Komplekt Transformator Mənqətəsi quraşdırılması, 95 km-a yaxın 10 kV-luq, 103 km-a yaxın 0,4 kV-luq elektrik xətləri və abonentlərin sayğacları yenilənməsi nəzərdə tutulub.
www.anews.az

Neftçalanın 4 kəndinin də elektrik şəbəkəsi yenidən qurulub. Şorkənd, Bala Surra, Qədimkənd və Yeniqışlaq kəndlərində işlər icra olunub. 714 abonentin yaşadığı bu 4 kənd ərazisində 15 ədəd Komplekt Transformator Mənqətəsi quraşdırılması, 28 km-dan çox 10 kV-luq xətt, 46 km-dan çox 0,4 kV-luq xətləri və abonentlərin sayğacları yenilənməsi bu layihənin icrasında nəzərdə tutulub.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib