• $
  • €
  • ₽
  • ₺
  • £

İctimai fəal Bəxtiyar Hacıyev işgəncələrə məruz qalır - Rüfət Səfərov

İctimai fəal Bəxtiyar Hacıyev işgəncələrə məruz qalır - Rüfət Səfərov
19.12.2022 17:02
Hüquq müdafiəçisi Rüfət Səfərov həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin işgəncələrə məruz qaldığını bildirib. Bu barədə o öz feysbuk hesabında məlumat verib. 


Dekabrın 19-da Bəxtiyar Hacıyev vəkili Aqil Layıcla görüşüb. O işgəncələrə məruz qalması barədə vəkilə məlumat verib. 


"Şənbə günü səhər 5 radələrində Bəxtiyar Hacıyevi kamerada  qandallayıb təhqir edərək soyuq kameraya aparıblar və onu istilik sistemi olmayan həmin kamerada 8 saat saxlayıblar. Aclıq edən şəxsə həkim nəzarəti olmalı olduğu halda, su belə verilməyib",- Rüfət Səfərov bildirib.

Hüquq müdafiəçisi qeyd edib ki,  daha sonra Bəxtiyar Hacıyev Penitensiar Xidmətin 1 saylı təcridxanasına aparılıb və orada aclığı dayandırması üçün ona hədə-qorxu gəlinib və aclıq aksiyasının tələbi ilə  ərizəsinə düzəlişlər olunması tələb olunub. 

İctimai fəal Bəxtiyar Hacıyev  barəsində Bakı şəhəri Xətai rayon məhkəməsinin hakimi Fuad Axundovun qərarı ilə 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib. 

Hacıyev Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik) maddələri ilə təqsirli bilinib. Həmin maddələr ilə o, pul cəriməsi və ya  3 ilədək azadlıqdan məhrum edilə bilər. 

Hacıyev jurnalist Ülviyyə Alovlunun şikayəti ilə xuliqanlıqda ittiham olunur və bir-birini böhtanda ittiham edirdilər. 

Bəxtiyar Hacıyev dekabrın 15-də apellasiya şikayəti təmin olunmadıqdan sonra aclıq aksiyasına başlayıb. Dekabrın 18-də isə onun aclığı dayandırdığı bildirilib. Vəkili isə onunla görüşdükdən sonra aclığı hələ də davam etdirdiyini bildirib.

 
Lida Abbaslı

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol