• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik daha bir müəssisəni bağladı

Nazirlik daha bir müəssisəni bağladı
20.12.2022 12:24
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən təhlükəsizlik tələblərinə cavab verməyən müəssisənin fəaliyyəti dayandırılıb.
 
FHN-dən verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, 40 ünvanında fərdi sahibkar Əhədov Ramil Fərəməz oğlu tərəfindən müvafiq təhlükəsizlik tələblərinə cavab vermədən, insan həyatı və sağlamlığı üçün təhlükə yaradaraq metal əşyaların istehsalının həyata keçirilməsi barədə müraciət daxil olub.
 
Müraciətlə əlaqədar dərhal Agentliyin müfəttişləri tərəfindən həmin ünvana baxış keçirilib. Baxış zamanı istehsal sahəsində təhlükəsizlik qaydalarının bir sıra tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib.
 
Belə ki, qaz təsərüfatında mühafizə zonaları və təhlükəsizlik tədbirlərinin pozulduğu, əritmə sobasının ventilyasiya sisteminin olmadığı, sobadan ayrılan qaz və tüstünün açıq havaya buraxıldığı, əritmə sahəsində çalışan işçilərin texniki təhlükəsizlik üzrə təlimatlandırılmasının aparılmadığı müəyyən edilib. Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı və insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, sexin fəaliyyəti dayandırılıb.
 
Bununla yanaşı, Agentliyin müfəttişləri tərəfindən qeyd olunanlarla əlaqədar sexin rəhbərliyi və işçiləri ilə profilaktik söhbət aparılıb, aşkarlanmış texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.
 
Aparılmış yoxlamanın nəticələrinə dair tərtib olunmuş akt pozuntuların aradan qaldırılması üçün sex rəhbərliyinə təqdim edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol