4 ərazidə qanunsuz ağac kəsilmələri ilə bağlı cinayət işi başlanılıb

Azərbaycanda 4 ərazidə qanunsuz ağac kəsilmələri ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində paytaxtın Xətai rayonu, Masallı şəhəri, habelə Ağdam və Lerik rayonlarının ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Paytaxtın Xətai rayonu, Xətai bələdiyyəsinin torpaq sahəsində, Masallı şəhəri, Heydər Əliyev prospektində, Ağdam rayonu, Böyükbəyli kəndində meşə fonduna daxil olmayan, Lerik rayonu ərazisində yerləşən Vizəzəmin meşəbəyliyinin 15 saylı dolayında meşə fonduna daxil olan, ümumilikdə 72 ədəd ağac və kolun kəsilməsi faktları öz təsdiqini tapıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























