• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA-nın professoru vəfat etdi

AMEA-nın professoru vəfat etdi
20.12.2022 19:30
Kimya elminin inkişafında özünəməxsus yeri olan görkəmli alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Abasqulu Quliyev vəfat edib.
 
O, 82 yaşında dünyasını dəyişib.
 
Abasqulu Məmməd oğlu Quliyev 1940-cı ilin noyabrın 13-də Qərbi Azərbaycanın Zəngibasar mahalında anadan оlub.
 
O, 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kimya fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra təyinatla Sumqayıt "Səthi-aktiv maddələr” zavoduna işləmək üçün göndərilib.
 
1962-ci ildə Sumqayıt şəhərində yerləşən qapalı Kimya müəssisəsində əmək fəaliyyətinə başlayıb.
 
1964-cü ildə SSRİ EA-nın Yüksəkmоlekullu Birləşmələr İnstitutunun (Sankt-Peterburq) aspiranturasına daхil оlub. 1970-ci ildə namizədlik, 1987-ci ildə isə dоktоrluq dissertasiyalarını müdafiə edib. О, 1989-cu ildə prоfessоr elmi adına layiq görülüb.
 
1968-ci ildən Pоlimer Materialları İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, labоratоriya müdiri vəzifələrində işləyib. 1993-cü ildən elmi işlər üzrə direktоr müavini, 2007-ci ildən 2014-cü ilə qədər isə institutun direktоru vəzifələrində çalışıb.
 
Abasqulu Quliyev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əməkdar elm хadimi Fəхri adı və AMEA-nın Fəхri fərmanı ilə təltif оlunub. 2007-ci ildə AMEA-nın müхbir üzvü seçilib. Abasqulu Quliyev uzun illər Pоlimer Materialları İnstitutunun Elmi şurasının sədri, AMEA-nın Kimya Elmləri Bölməsi Bürosunun, Azərbaycan Respublikası Prezidentinin yanında AAK-ın kimya elmləri üzrə Ekspert şurasının və Azərbaycan Kimya Jurnalı Redaksiya heyətinin üzvü, Polimer Materialları İnstitutunun Elmi şurasının üzvü və institutun nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının sədr müavini olub.
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol