• $
  • €
  • ₽
  • ₺
  • £

Nəqliyyat Nazirliyi Artur Rasizadəyə müraciət etdi

Nəqliyyat Nazirliyi Artur Rasizadəyə müraciət etdi
07.04.2014 13:00
İritonnajlı nəqliyyat vasitələrinin yük normaları ilə bağlı qaydaları dəyişdirilir.ANN.Az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov bildirib.N.Həsənov deyib ki, Nazirlər Kabinetində iritonnajlı nəqliyyat vasitələrinin yük norması ilə bağlı yeni qərarın qəbulu yaxın günlərdə gözlənilir:“İritonnajlı yük maşınlarının və eləcə də konstruksiyalarına dəyişikliklər edilmiş avtomobillərin normadan artıq yüklənməsi yolları yararsız hala salır. Bunun qarşısının alınması məqsədi ilə martın 14-dən hökumət müvəqqəti yeni hədlər müəyyən edib. Müvəqqəti qərara əsasən, ikioxlu avtonəqliyyat vasitəsi ilə 18 tonadək, üçoxlu avtonəqliyyat vasitəsi ilə 30 tonadək, dördoxlu avtonəqliyyat vasitəsi ilə 40 tonadək, beşoxlu avtonəqliyyat vasitəsi ilə isə 44 tonadək yük daşınmasına icazə verilib. Bu qərardan sonra yollarda vəziyyət normallaşmağa doğru getməkdədir. Əvvəllər narazılıq etmələrinə baxmayaraq, artıq sürücülər bu qərarla razılaşmağa məcburdurlar. Bəzi sürücülər bu məsələdən xəbərdardır. Bu müvəqqəti qərardan xəbəri olmayan bəzi sürücülər arasında da maarifləndirmə işləri aparılır. Ancaq hesab edirik ki, bu məsələyə yenidən baxılmalıdır”.N.Həsənov vurğulayıb ki, bəzən tamah məqsədi ilə sürücülər bu qərara riayət etməkdən yayınırlar:“Nəqliyyat Nazirliyi Daxili İşlər Nazirliyi ilə birlikdə bu cür qeyri-qanuni halların qarşısının alınmasına çalışır. Qaydaları pozan bütün sürücülər müvafiq qaydada cərimələnəcək. Bu müvəqqəti qərar daimi olmayana qədər bunun tətbiqi ilə bağlı çətinliklər yaranacaq. Hazırda da bu çətinliklər müşahidə olunmaqdadır”.Nazirlik sözcüsü iritonnajlı nəqliyyat vasitələrinin yük norması ilə bağlı yeni qaydaların nədən ibarət olacağının təfərrüatı haqda tam bilgili olmadığını dilə gətirib:“Nəqliyyat Nazirliyi də bununla bağlı öz təkliflərini Nazirlər Kabinetinə təqdim edib. Hesab edirik ki, yeni qaydaların tətbiqindən sonra problem köklü surətdə həll olunacaq”.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol