• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatın verilişi bağlandı

Deputatın verilişi bağlandı
07.04.2014 12:39
Deputat Etibar Hüseynov ATV-də yayımlanan “Sitatın Sonu” verilişinin bağlanmasına münasibət bildirib. ANN.Az xəbər verir ki, E.Hüseynov AzNews.az-a açıqlamasında verilişin bağlanmasını nə təkzib edib, nə də təsdiq:“Mənim təqdimatımda ATV-də yayımlanan “Sitatın Sonu” verilişi stabil bir proqram deyildi. Siyasi gündəmdə aktual bir məsələ olduqda verilişi hazırlayıb çıxırıq. Sonuncu verilişim 8 mart gününə həsr olunub. Bundan sonra da gündəmdə maraqlı hansısa siyasi məsələlər olduqda yenə də efirə çıxacağam”. Qeyd edək ki, verilişin bağlanması xəbərini Avropa.info saytı yayıb. Xəbərdə iddia olunur ki, verilişin bağlanmasına səbəb Etibar Hüseynovun qarabağlılar barəsində səsləndirdiyi təhqiramiz ifadələr olub. Məcburi köçkünlər barəsində ifadələrinə görə hakimiyyət dairələrində sərt şəkildə danlanan deputata ciddi xəbərdarlıq edildiyi də bildirilir.Xatırladaq ki, Milli Məclisin spikeri Oktay Əsədov da Etibar Hüseynov haqqında kəskin mövqeyini ifadə edib. Deputatla söhbət etdiyini deyən spiker Etibar Hüseynova ironiya ilə onun məcburi köçkünlərdən “bacardığı qədər” üzr istəməsini deyib.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol