• $
  • €
  • ₽
  • ₺
  • £

“Dostluq Meşəsi” Kompleksində ağac əkilir

“Dostluq Meşəsi” Kompleksində ağac əkilir
21.12.2022 09:29
Azərbaycan və Türkiyənin birgə təşəbbüsü ilə Cəbrayıl rayonunda yaradılan "Dostluq Meşəsi” Kompleksində ağacəkmə tədbirləri mövsümün əvvəlindən etibarən davamlı şəkildə həyata keçirilir.
 
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
 
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, həm "Dostluq meşəsi" sahəsində, həm də işğaldan azad olunmuş ərazilərin əsasən mürəkkəb relyefli, sərt yamaclarında gündəlik olaraq ağacəkmə tədbirləri keçirilir, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə Nazirliyin tinglik sahələrində yetişdirilən ağac tingləri əkilir, toxumlar səpilir, həmçinin əkinlərdə Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Orman Genel Müdürlüyü tərəfindən ölkəmizə göndərilən 1000-dən çox ağac tingindən istifadə olunur.
 
"Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin və Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Orman Genel Müdürlüyünün birgə təşkilatçılığı ilə həyata keçirilən layihənin yekununda "Dostluq Meşəsi” və ətraf ərazilərdə, ümumillikdə 65 hektar sahədə 40 min tingin əkilməsi planlaşdırılır”.
 
Xidmət rəsmisinin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə 2021-ci ildə qəbul edilmiş Azərbaycan-Türkiyə/Qarabağ Tədbirlər Planı çərçivəsində həyata keçirilən layihələrdən biri Cəbrayıl rayonunda "Dostluq Meşəsi” Kompleksinin yaradılması olub.
 
"Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə olduğu kimi, ətraf mühitin mühafizəsi sahəsində də uğurla inkişaf etdiyini göstərən bu layihənin məqsədi yaşıllıqların artırılması, ətraf mühitin sağlamlaşdırılmasıdır."

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol