Şəhid anası ekoaktivistlərə qarşı çıxdı - VİDEO

Şuşada keçirilən aksiya zamanı ekoaktivistlərin ermənilərə sülh müraciəti şəhid anasının narazılığına səbəb olub. Bu barədə şəhid Əlizamin Mustafalının anası Ülviyyə Mustafalı videomüraciət yayımlayıb.
Videoda könüllü ekoaktivistlər Xankəndidə yaşayan ermənilərə müraciət edərək, bir yerdə ekologiyanı qorumağa çağırıblar.
"Ermənilər bu ərazilərdən rahatlıqla keçə bilərlər. Onları hər bir ərzaqla təmin etməyə, həmçinin ermənilərlə sülh bağlamağa hazırıq",- könüllü gənclər bildirib.
Şəhid anası bildirir ki, erməniyə süfrə açmaq istəyən azərbaycanlı ola bilməz.
"Ermənini bu qədər çox istəyirsiniz gedin ermənilərlə yaşayın. Evimin tək oğlu şəhid olub. Oğlum kimi neçə oğulların qanı o torpaqlarda axıb. Onların qanı sizə haram olsun. Bu anaların göz yaşı sizi tutsun. Sənin belə danışmağının səbəbi ailənizdə heç kim bizim kimi qara şalı başına bağlamayıb. Çünki sən mənim qızım kimi qardaş itirməmisən. Sənin evində halva bişməyənə qədər o sənə şirin gələ bilər. Sənin bu anaları yenidən yaralamağa haqqın yoxdur",- şəhid anası vurğulayıb.
Şəhid Əlizamin Mustafalı 1997-ci il sentyabrın 1- də Beyləqanda doğulub. Vətən müharibəsində şəhid olmuş Əlizamin Mustafalı 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağrılıb. Hərbidə ixtisası DŞK pulemyot atıcısı olub.
2017-ci ildə hərbi xidməti başa vurub. 2020-ci il iyul döyüşləri zamanı General Polad Həşimov şəhid olandan sonra cəbhədə döyüşmək üçün könüllü yazılıb.
Əlizamin Mustafalı torpaqların azad edilməsi uğrunda Cəbrayıl, Füzuli və Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib. Əlizamin Mustafalı oktyabrın 21-də Hadrut istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.
Əlizamin Mustafalı ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şuşada Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Aksiya Şuşa - Xankəndi ərazisində dekabrın 12-də səhər saatlarından başlayıb. Aksiya artıq on gündür ki, davam edir.
Sözügedən videonu təqdim edirik:
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























