Təhsil sisteminin qarşısında duran əsas vəzifə baza savadlığını təmin etməkdir- NAZİR

Artıq üç il ərzində 50 min abituyenti ali təhsilə yönəlib. Növbəti 4 il müddətində 60 minə çatdırmaq planlaşdırılır. Bunu Elm və təhsil Naziri Emin Əmrullayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.
"Təhsil sisteminin qarşısında duran əsas vəzifə baza savadlığını təmin etməkdir Biz abituriyentləri bir tərəfdən peşə, digər tərəfdən ali təhsilə yönəltmək istəyirik. Artıq üç il ərzində 50 min abituyenti ali təhsilə yönəltmişik. Bu prosesdə əsas məsələ bazanın olmasıdır. Peşəkar kadr hazırlamaq uzun zaman tələb edir. .İnsanın oxuyub alamaq anlaşıyı yoxdursa, həmin adamın məşğulluğa cəlb olunması çətin olacaq. Bu azı 20 il vaxt aparır. Bunu 6 aya etmək mümükün deyil. Keyfiyyətli əmək bazarı və yüksək təhsil istəyiriksə, ilk olaraq məktəbə qədər bazamız, məktəb proqramımız yerində olmalıdır",- nazir bildirib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























