Hər il təxminən 100-120 min məzuna peşə yönümlü məsləhətlər verilir - Sahil Babayev

Hər il təxminən 100-120 min məzuna peşə yönümlü məsləhətlər verilir. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı söyləyib.
"Məşğulluğun əsas iş prinspi qəbul edilən yeni qanunların keyfiyyətli və vaxtında icra olunmasıdır. Bu sahədə çoxsaylı layihələr həyata keçirilir. Bunun əhatə dairəsi və çeşidləri mütəmadi yenilənməlidir. Hər il təxminən 100-120 min məzuna peşə yönümlü məsləhət verilir. Azərbaycanda hər il əmək bazarına yüz minlərlə gənc daxil olur. Onların aktual peşələrə cəlbi önəmlidir. Yeni məşğulluq proqramları irəli sürülməlidir. Bu sahədə təhsil müəssisələri ilə əməkdaşlıq daha da genişləndirilməlidir. Məktəblilər üçün hər il danışıqlar aparılır. Çalışırıq ki, peşə yönümlü məsləhətlərlə onları yünləndirək",- nazir vurğulayıb
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























