Üç ay ərzində 240 nəfərdən artıq gənclərlə görüşülüb - NAZİR

"Yerli" layihəsi çərçivəsində 3 ay ərzində 240 nəfərdən artıq gənclərlə görüşülüb. Bunu Gənclər və İdman naziri Fərid Qayıbov Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı söyləyib.
"Yerli" layihəsi çərçivəsində 3 ay ərzində 240 nəfərdən artıq gənclə görüşdük. Aparılan araşdırma və sorğular nəticəsində bəlli olub ki, rayonlarda gənclər iş tapa bilmirlər. Onlar heç bir yerə getmədən, sosial şəbəkə vasitəsolə internet üzərindən SMM fəaliyyəti üzrə iş qurub maddi gəlir əldə edirlər. Hazırda yeni layihələrin hazırlanması üçün müəyyən araşdırmalar davam edir",- nazir bildirib.
Nazir həmçinin Azərbaycan gənclərinin əsas probleminin işsizlik olduğunu bldirib.
İşsizliyi aradan qaldırmaq üçün bu istimatdə bir çox layihələr həyata keçiririk. Bu il ərzində gənclərlə birlikdə bir sıra layihələr gerçəkləşdirdik. Eyni zamanda əmək bazarı ilə bağlı tədqiqatlara ehtiyac var. Xarici ölkələr ilə sıx əməkdaşlıq layihələimiz keçirilir. Azərbaycanın bir çox rayonlarında fəaliyyət göstərən gənclər evləri çoxalmaqdadır. Bu proqram sayəsində regionlara tez-tez səfər təşkil olunur. Regionlardakı imkanlar paytaxtdakı imkanlarla eyni deyil",- nazir əlavə edib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























