Gələn il icbari tibbi sığortanın xidmətlər zərfinə 700 xidmət əlavə ediləcək

2024-cü ildə 700 tibbi xidmətin İcbari Tibbi Sığortanın xidmətlər zərfinə daxil ediləcək. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynurə Əhmədova icbari tibbi sığorta ilə bağlı təlimdə deyib.
www.anews.az
O bildirib ki, bir sıra xəstəliklər üzrə limit mövcuddur. Bəzi xidmətlər isə xidmətlər zərfinə deyil, istisnalar zərfinə daxildir ki, bu məsələ TƏBİB-in qərarları ilə tənzimlənir.
Hazırda İcbari Tibbi Sığortanın xidmətlər zərfinə 2550 sayda müxtəlif tibbi xidmətlər daxildir. Bunlardan təcili və təxirəsalınmaz tibbi yardım üzrə 6, ilkin səhiyyə xidməti üzrə 35, ixtisaslaşdırılmış ambulator yardım üzrə 1265 və stasionar tibbi yardım üzrə 1244 xidmət təminata alınıb. Təminata alınmış əməliyyatlar sırasında sayı 150 xidmətdən çox olan həyati vacib-dəyəri yüksək olan əməliyyatlar da daxildir.
Lida Abbaslı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























