• $
  • €
  • ₽
  • ₺
  • £

İcbari Tibbi Sığorta 92 özəl tibb müəssisəsi ilə əməkdaşlıq edir

İcbari Tibbi Sığorta 92 özəl tibb müəssisəsi ilə əməkdaşlıq edir
21.12.2022 16:05
İcbari Tibbi Sığorta Agentliyi 2022-ci ildə 92 özəl tibb müəssisəsi ilə əməkdaşlıq edib. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin  ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynurə Əhmədova icvari tibbi sığorta ilə bağlı təlimdə deyib.


O bildirib ki, TƏBİB-in tabeliyindəki xəstəxanalarda bu tibbi xidmətləri vermək mümkün olmadıqda xəstələr həmin tibb müəssisələrinə müraciət edə bilər. Bunun üçün isə sadəcə həkim göndərişi lazımdır.
 
 
2022-ci ilin yanvar-noyabrında 149 179 vətəndaşa 183 877 göndəriş verilib. Göndəriş alan vətəndaşlar bu dövrdə müqaviləli tibb müəssisələrində 66 860 tibbi xidmətdən yararlanıb. Bu xidmətlərdən 1 597-si uşaqlara, 65 263-ü isə böyüklərə göstərilib. 
 

Sözügedən tibbi xidmətlərdən 21 823-nü oftalmoloji əməliyyatlar, 18 268-ni ürək-damar əməliyyatları, 17 179-nu invaziv radiologiya xidmətləri, 2 702-ni urologiya, 2 443-nü neyrocərrahiyyə, 937-ni travmatologiya, 674-nü ümumi cərrahiyyə, 517-ni lor, 144-nü isə ginekologiya və doğuş üzrə aparılan əməliyyatlar təşkil edib. Digər sahələr üzrə icra olunan əməliyyatların sayı 693-dür. İcra olunan koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatlarının sayı isə müvafiq olaraq 82 və 1 398 olub.


Lida Abbaslı 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol