• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil Tələbə Krediti Fondu tələbələrə müraciət edib

Təhsil Tələbə Krediti Fondu tələbələrə müraciət edib
22.12.2022 11:57
Elm və Təhsil Nazirliyinin təklifinə əsasən Nazirlər Kabinetinin müvafiq Qərarı ilə "Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda əlavə və dəyişikliklər edilib.
 
Nazirlikdən bildirilib ki, qərara əsasən aşağıda qeyd edilmiş daha iki sosial baxımdan həssas əhali qrupuna aid kateqoriyadan olan tələbələr də Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına sosial təhsil tələbə krediti ala biləcəklər:
 
Ailə başçısını itirməyə görə əmək pensiyası alan tələbələr;

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edərək "Müharibə veteranı” adı almış tələbələr.
 
Qeyd edilən dəyişikliyə qədər mövcud qanunvericiliyə əsasən sosial təhsil tələbə kreditlərinin əhatə dairəsi aşağıdakı kimi idi:
 
Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;

Orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər;

Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olanlar:

Orqanizmin funksiyalarının 61-80 və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər;

İşsiz kimi qeydiyyatda olanlar;
Yaşa görə əmək pensiyası alanlar;
Yaşa görə sosial müavinət alanlar.

2022-2023-cü tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti üçün müraciətlərin qəbulu prosesi davam edir. Təhsil krediti almaq istəyən tələbələr www.e-ttkf.edu.az üzərindən elektron müraciət edə bilərlər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol