Bu il 731 nəfər QİÇS-ə YOLUXUB

2022-ci ilin 11 ayı üzrə 731 nəfər İnsan immun çatışmazlığı virusuna (İİV) yoluxub.
Bu barədə Narkomanlığa və Narkotik vasitələrinin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının məlumatında deyilir.
Bildirilib ki, bunların 715-i Azərbaycan vətəndaşıdır.
Ümumilikdə 1987-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 10101 nəfər qeydiyyata götürülüb (9772-si Azərbaycan vətəndaşı, 329-u əcnəbi).
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























