Bakıda polis rəisi ağır qəzaya düşdü

Bakı şəhərində polis rəisi avtomobil qəzası nəticəsində xəsarət alıb. Paytaxtın Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə aprelin 3-də baş verib.Fərid Fariz oğlu Cəfərovun idarə etdiyi BMW markalı avtomobillə polis serjantı Nəsib İsgəndərovun idarə etdiyi və Xətai Rayon Polis İdarəsi rəisinin xidməti avtomobili olan 90 AP 112 dövlət nömrə nişanlı “Hyundai Sonata” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Hyundai” markalı avtomobilin sürücüsü, Xətai Rayon Polis İdarəsinin rəisi Əkbər İsmayılov və BMW-nin sürücüsü F. Cəfərov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























