• $
  • €
  • ₽
  • ₺
  • £

Vasif Talıbovun səhhəti pisləşib- İDDİA

Vasif Talıbovun səhhəti pisləşib- İDDİA
22.12.2022 15:41
Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun səhhətinin gecə saatlarında qəfil pisləşdiyi bildirilir. Bu haqda "Gündəlik Naxçıvan"a Naxçıvan Diaqnostika Mərkəzindəki mənbələr məlumat verib.
 
Məlumata görə, mərkəzdən onun evinə təcili həkimlər göndərilib. Bundan bir neçə saat sonra, səhərə yaxın isə, onun oğlu Seymurun vəziyyəti kəskin ağırlaşıb. Həkimlərin müayinəsindən sonra, Seymur Talıbovun kiçik infarkt keçirdiyi müəyyən olunub.
 
"Bu gün səhər həkimlər Vasif müəllimi evində müayinə etdilər. Təzyiqi qalxıb, vəziyyəti ağırlaşmışdı. Vəzifədən çıxmağı  təsir edib. O, həm də iki ildir ki, ağız xərçəngi xəstəliyindən əziyyət çəkir. Xəstəliyə görə, ağzındakı dişləri də tökülmüşdü, buna görə protez taxır. Bir neçə saat sonra dedilər ki, Seymur Talıbovun da vəziyyəti pisləşib. O da hazırda ev şəraitində müalicə alır. Həkimlər ona infarkt dioqnozu qoyublar".
 
Vasif Talıbov dekbarın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisindən istefa verib.
 
Vasif Talıbovun oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Seymur Talıbov Naxçıvan Dövlət Universitetinin (NDU) prorektoru vəzifəsindən azad edilib.
  
Muxtar respublikada iki yerli qurumun ləğvi Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Naxçıvanda əməliyyat aparması və bir neçə yüksək vəzifəli məmurun milyonlarla manat dəyərində mənimsəmədə ittiham edilməsi və həbs olunması ilə bağlı ölkə mediasında xəbərlərin yayılması ilə eyni vaxtda baş verib.

Ölkə mətbuatı Bakının Səbail rayon məhkəməsində Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rəfael Əliyevin və Naxçıvan Gömrük Komitəsinin şöbə rəisi Mənsur Əsgərovun 4 ay müddətinə həbs edildiyini yazıb. Hər ikisi külli miqdarda mənimsəmədə təqsirli bilinir.

Naxçıvan Muxtar Respublikasında ardıcıl iki dövlət qurumu ləğv edilib və əvəzində birbaşa Bakıya tabe olan yerli idarələr yaradılıb. Bunlardan biri, Naxçıvan Dövlət Təhlükəsizlik Xidməti, daha əvvəl isə Naxçıvanın Dövlət Gömrük Komitəsinin ləğviylə bağlı sərəncam verilib.
 
Lida Abbaslı
 
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol