2022-ci ildə neçə məktəbdə“Yay məktəbi” təşkil edilib? - AÇIQLAMA

2022-ci ildə 275 ümumi təhsil müəssisəsində "Yay məktəbi” təşkil edilib. Bu barədə BŞTİ-i məlumat verib.
Bildirilir ki, "Yay məktəbi”nə ümumilikdə I-X sinifləri üzrə 19 827 şagird qoşulub.
Ödənişsiz və könüllü əsaslarla keçirilən "Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib.
"Yay məktəbi” çərçivəsində BŞTİ tərəfindən ümumi təhsil məktəblərində həyata keçirilən bir sıra layihələr davam etdirilib, şagirdlər üçün vətənpərvərlik, ekologiya və mina təhlükəsizliyi mövzularında maarifləndirici görüşlər keçirilib, həmçinin mütaliə vərdişlərinin inkişaf etdirilməsi, ingilis dili, robototexnika sahəsində bilik və bacarıqların artırılması, düzgün peşə seçimi istiqamətlərində tədbirlər baş tutub.
Yay məktəbində I-IV siniflərdə tədris həftədə 5 dəfə gündə 3 saat olmaqla, V-X siniflərdə tədris həftədə 5 dəfə gündə 3-4 saat olmaqla təşkil olunur.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























