Ələkrəm Hümbətov vəfat edib

Separatçılıqda ittiham olunan Ələkram Hümbətov Hollandiyanın Haaqa şəhərində 74 yaşında vəfat edib. Bu barədə Hollandiyada yaşayan azərbaycanlılar məlumat verib.
Onun müalicə aldığı xəstəxanada öldüyü bildirilir.
Ələkrəm Hümmətov 1993-cü ilin avqustunda ölkədə mövcud olan gərginlik zamanı Cənubda yerləşdirilmiş hərbi hissələri, icra aparatı və hüquq-mühafizə orqanlarına tabeçiliyi ələ keçirib.
Daha sonra Azərbaycanın tərkibində "Talış-Muğan Respublikası"nın yaradıldığını elan edib və mərkəzi hakimiyyətlə güc mövqeyindən dialoq aparmağa cəhd göstərib.
O, Azərbaycan Xalq Cəbhəsınin təsisçilərindən biri və idarə heyətinin üzvü olub. Onun təşəbbüsü ilə AXC-nin Lənkəran şöbəsi talışların kompakt yaşadığı 7 rayona muxtariyyət verilmə iddiası qaldırılıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyü əleyhinə, milli maraqlarına zidd olan mövqeyinə və Ermənistan Respublikası ilə sıx əlaqələrinə görə Azərbaycan vətəndaşlığından çıxarılıb və 2004-cü ildən Hollandiyada mühacirətdə yaşayıb.
Lida Abbaslı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























