Sərhəddə əməliyyat - Saxlanılanlar var

Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini keçməyə cəhd göstərən 5 (beş) nəfər Pakistan İslam Respublikası vətəndaşı saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Onlar DSX və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabr ayının 23-də saat 01:40-da Sərhəd Qoşunlarının "Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Həzrə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində saxlanılıblar.
Araşdırmalar zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycandan Rusiyaya, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyənləşdirilib.
Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. (modern.az)
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib