• $
  • €
  • ₽
  • ₺
  • £

“Qartal Zirvədə” sənədli filmi təqdim olundu

“Qartal Zirvədə” sənədli filmi təqdim olundu
25.12.2022 20:30
"Xəzər Media Mərkəzi”nin hazırladığı və tamaşaçıların böyük marağına səbəb olan "Qartal Zirvədə” sənədli filmi dünən geniş ictimaiyyətə təqdim olunub.

Vətən müharibəsində Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi məxfi əməliyyatların təfərrüatları ilə tamaşaçılar ilk dəfə bu sənədli ekran əsərində tanış olublar.

Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində keçirilən təqdimat mərasimində Azərbaycan Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, media ilə bağlı qurumların, ölkədə fəaliyyət göstərən televiziya kanallarının rəhbərləri, eləcə də Dövlət Təhlükəsizliyi Xidmətinin ali zabit heyəti, əməkdaşları iştirak ediblər.

Filmlə bağlı çıxış edən "Xəzər Media Mərkəzi”nin baş direktoru Murad Dadaşov tədbirin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ad gününə təsadüf etdiyini bildirib və "Qartal Zirvədə” sənədli filminin çəkilməsindəki əsas məqsədləri açıqlayıb.

Daha sonra nitq söyləyən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev Vətən müharibəsində Zəfərin qazanılmasında rəhbərlik etdiyi qurumun fəaliyyətlərindən danışıb. DTX rəisi göstərdiyi qəhrəmanlıq nümunələrinə görə yüksək orden və medal qazanan xidmət əməkdaşlarının sayını açıqlayıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol