Azərbaycanda son dörd ildə 10-dan çox yeni sosial ödəniş növü təsis edilib

Son 4 ildə Azərbaycanda minimum pensiya 2,2 dəfə, orta aylıq pensiya 80 faiz, sosial müavinət və təqaüd ödənişləri 3,5 dəfə artıb. Bunu Fondun sədri Himalay Məmişov bildirib.
O bildirib ki, son 4 ildə 10-dan çox yeni sosial ödəniş növü təsis olunub, sosial təminat sisteminin əhatə dairəsinim daha da genişləndirilib.
"Pensiya islahatlarının davamı olaraq bu il "Əmək pensiyaları haqqında” Qanunda 50-dək əlavə və dəyişiklik edilməklə, pensiya sistemində bu sistemə əlçatanlığın artırılmasına, erkən pensiya hüququ olan kateqoriyaların sırasının artmasına xidmət edən yeni humanist yanaşmalar tətbiq edilib",- fondun sədri bildirib.
Qurumun məlumatına görə, 2023-cü ildən pensiya artımında vahid indeksasiya metoduna keçiləcək ki, bu da bütün növ pensiyalarda hər il artıma imkan verəcək.
Ümumilikdə 2023-cü ildə pensiya ödənişlərinə 2022-ci ilin müvafiq göstəricisinə nisbətən 650 milyon manat vəsait yönəldilməsi nəzərdə tutulub.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























