Ukrayna bankları avtonom şəkildə işləyən şəbəkə yaradıblar

Ukrayna Milli Bankı (MBU) və aparıcı Ukrayna bankları ölkə ərazisində elektrik enerjisinin kəsilməsi zamanı avtonom şəkildə fəaliyyət göstərən 1000 filialdan ibarət ümumi şəbəkə yaradıblar.
MBU-nun təşəbbüsü ilə bütün sistem əhəmiyyətli banklar Power Banking ümumi bank şəbəkəsini yaratmaq üçün birləşib. Bu, Ukraynanın hər yerində işləyən bank filiallarının ümumi şəbəkəsidir və elektrik kəsilməsi zamanı kritik vəziyyətdə belə müştərilərə bank xidmətləri göstərəcək.
Şəbəkənin filiallarında müştərilər bankomatlarda və ya kassada nağd pul əldə edə, ödənişləri həyata keçirə və ya pul köçürə, valyuta dəyişdirə və maliyyə suallarına cavab ala biləcəklər.
Filiallar "ATM milli rouminq”i tətbiq edib, bunun sayəsində müştərilər bankomatdan "artıq məbləğdə nağd pul” çıxara biləcəklər.
Ukraynada irimiqyaslı fövqəladə elektrik enerjisinin kəsilməsi noyabrın 15-dən başlayıb. Ölkənin enerji infrastrukturunun 50%-i sıradan çıxıb.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























