• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda dəhşətli qəza: 6 nəfər ölüb

Azərbaycanda dəhşətli qəza: 6 nəfər ölüb
06.04.2014 13:00

Gəncədə 6 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosunun verdiyi məlumata görə,  hadisə bu gün saat 18.30 radələrində şəhərin Nizami küçəsi ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində baş verib. Şəmkir rayon Zəyəm qəsəbə sakini, 1986-ci il təvəllüdlü Vasif Rafiq oğlu Rəcəbovun idarə etdiyi 40 BD 971 dövlət nömrə nişanlı “Kamaz” markalı avtomobillə, Şəmkir rayon Könüllü kənd sakini, 1984-cü il təvəllüdlü, Elməddin Seyfəddin oğlu Məmmədovun idarə etdiyi, 57 BT 795 dövlət nömrə nişanlı “VAZ 21015” markalı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ 2105”-in sürücüsü də daxil olmaqla sərnişinlər Gəncə şəhər sakinləri, 1990-cı il təvəllüdlü Taleh Telman oğlu Leqmanzadə, 1977-ci il təvəllüdlü İlham Nazim oğlu Əskərov, 1978-ci il təvəllüdlü Elxan İsa oğlu Seyidov, Şəmkir rayon Könüllü kənd sakini, 1987-ci il təvəllüdlü Seymur Rakif oğlu Hüseynov, Şəmkir rayon sakini, 1977-ci il təvəllüdlü Elşad Elman oğlu Osmanov hadisə yerində ölüblər. Cəsədlər ciddi deformasiyaya uğramış avtomobilin salonundan FHN əməkdaşları tərəfindən xüsusi alət və avadanlıq vasitəsi ilə çıxarılıb.

Hadisə yerinə Gəncə şəhər Baş Polis İdarəsinin və Gəncə şəhər Prokurorluğunun əməkdaşları tədqiqat aparıblar.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, istintaq aparılır.

APA

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol