Ölən hərbçilərin valideynləri aksiya keçirib - AÇIQLAMA/VİDEO

Dekabrın 26- da bir qrup hərbi qulluqçuların valideynləri və qohumu "20 Yanvar" yaxınlığında aksiya keçiriblər. Bu barədə sosial şəbəkələrdə videolar yayılıb.
Şəhid valideynləri tələb edirlər ki, onlara şəhid statusu verilsin və general mayor Polad Həşimovun yanında dəfn olunsunlar.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyininin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev açıqlamasında bildirib ki, onların tələbi övladlarına və yaxın qohumlarına şəhidlik statusunun verilməsi olub.
Qeyd edilib ki, polis əməkdaşları tərəfindən onlarla izahedici söhbətlər aparılaraq aidiyyəti ünvana göndəriliblər.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























