12 il əvvəl kamera yoldaşını öldürən şəxs məhkəmə zalından azadlığa buraxılıb

12 il əvvəl həbsdə kamera yoldaşını öldürməkdə ittiham olunan Telman Məcidovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən cinayət hadisəsinin törədilməsindən 12 ildən artıq vaxt keçdiyi üçün təqsirləndirilən şəxsə cəza təyin edilməyib.
Telman Məcidov barəsində həbs qətimkan tədbiri ləğv edilərək, məhkəmə zalından azadlığa buraxılıb.
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması istiqamətində istintaq-əməliyyat tədbirlərinin davam etdirilməsi nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş cinayətin üstü açılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























