Azercell Bakıda beşinci nəsil şəbəkəsini test rejimində istifadəyə verdi

5G dəstəkli Huawei, Xiaomi, OnePlus və Poco smartfonlarının sahibləri Fəvvarələr Meydanında yeni texnologiyanı sınaqdan keçirə bilərlər
"Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!" strateji məqsədinə sadiq qalan Azercell Bakıda ilk 5G şəbəkəsini test rejimində işə salır.
2019-cu ildə 5G-nin pilot şəbəkəsini Azərbaycanda sınaqdan keçirən ilk mobil operator məhz Azercell olub. Şirkət yüksəksürətli yeni nəsil şəbəkəsini Tağıyev küçəsində yerləşən xidmət mərkəzində öz müştərilərinə nümayiş etdirib. Hazırda isə lider mobil operator beşinci nəsil rabitə standartını sınaq rejimində bütün Fəvvarələr Meydanı ərazisi boyu istifadəyə verir.
Beşinci nəsil simsiz rabitə şəbəkəsi 1Gb/s.-ə qədər daha yüksək yükləmə sürəti, ultra-aşağı ləngimə, daha yüksək etibarlılıq, geniş şəbəkə tutumu və daha mükəmməl istifadəçi təcrübəsini təmin edir.
Qeyd edək ki, 5G dəstəkli Apple ve Samsung smartfonlarında isə bu texnologiyadan ölkə ərazisində istifadə etmək üçün hər iki istehsalçının xüsusi lisenziyası tələb olunur. Mobil operator sözügedən lisenziyaları əldə etdikdən sonra istehsalçılar müvafiq proqram təminatlarını yeniləyəcək və bu cihazlarda da 5G-nin yüksək sürətindən yararlanmaq mümkün olacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























