2022-ci ildə Azərbaycan praqmatik xarici siyasət yeridir - Ceyhun Bayramov

2022-ci ildə Azərbaycan açıq və praqmatik xarici siyasət yürüdür. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib.
"Azərbaycan açıq, praqmatik xarici siyasət yürüdüb. Bu siyasət ərazi bütövlüyünün təmin edilməsinə yönəldilib", - Bayramov çərşənbə axşamı 2022-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan ilk növbədə qonşu dövlətlərlə, xüsusən də Türkiyə ilə ikitərəfli münasibətlərə böyük diqqət yetirib.
"Azərbaycan Rusiya ilə uğurlu siyasətini davam etdirib, çoxlu sayda qarşılıqlı səfərlər olub. Gürcüstanla münasibətlər durmadan inkişaf edir. 2022-ci ildə Mərkəzi Asiya ölkələri ilə əlaqələr fəal şəkildə inkişaf edir”.
Bayramov vurğulayıb ki, bu il Bakı ABŞ, Çin ilə intensiv dialoqu davam etdirib, Qoşulmama Hərəkatı çərçivəsində fəal və uğurlu siyasət həyata keçirib. Həmçinin Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrlə fəal qarşılıqlı fəaliyyət aparılıb, NATO ilə əməkdaşlıqda strateji əhəmiyyətini saxlamaq mümkün olub.
"2022-ci ildə Azərbaycanın xaricdəki səfirlik və konsulluqlarının sayı 89-a çatıb", - XİN rəhbəri əlavə edib.
Onun sözlərinə görə, Azərbaycan 69 ölkəə ilə diplomatik danışıqların 30, iki ölkə ilə isə 25-illiyini qeyd edib. Bu il Azərbaycanın İsraildə səfirliyi açılıb.
Nazir bildirib ki, 2022-ci ildə müsabiqə nəticəsində 67 gənc diplomat seçilib. Onlardan 38-i işlə təmin olunub. Digərlərin də yaxın zamanlarda işlə təmin olunacağı gğzlənilir.
Ceyhun Bayramov bildirib ki, 2023-cü ildə də belə bir müsabiqənin keçirilməsi və gənc diplomatların seçilməsi nəzərdə tutulub.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























