• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstandakı azərbaycanlı gənclər bəyanat yaydılar

Gürcüstandakı azərbaycanlı gənclər bəyanat yaydılar
27.12.2022 21:00
Gürcüstandakı azərbaycanlı gənclər erməni separatçıların Qarabağ iqtisadi rayonuna daxil olan Xankəndi ərazisində ekologiya və təbii sərvətlərin qanunsuz istismarı ilə əlaqədar bəyanat yayıblar.
 
Sənəddə ermənilərin Azərbaycan ərazilərində törətdikləri vəhşiliklər qətiyyətlə pislənilir, beynəlxalq təşkilatlardan erməni separatizminə son qoyulması tələb olunur.
 
Bəyanatda deyilir ki, Gürcüstanda yaşayan azərbaycanlılar Azərbaycanda fəaliyyət göstərən çoxsaylı qeyri-hökumət təşkilatları nümayəndələrinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarının dayandırılması tələbi ilə keçirilən etiraz aksiyasını dəstəkləyirlər. Bildirilir ki, ermənilərin qanunsuz əməlləri regionda sülhü və sabitliyi pozur, ekoloji gərginliyin yaranmasına səbəb olur.
 
Sənəddə deyilir: "Biz Gürcüstanda yaşayan azərbaycanlılar milli və mənəvi vətənimiz Azərbaycanda müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı kontingentinin nəzarəti altında olan ərazilərdə ekoloji vəziyyətin pisləşməsindən ciddi narahatıq. Belə qənaətə gəldik ki, iqlim dəyişikliyi və su ehtiyatlarının tükənməsi kimi ciddi beynəlxalq narahatlıq doğuran məsələlər fonunda Azərbaycanın Qarabağ bölgəsində bir qrup cinayətkarın ardıcıl olaraq ətraf mühitə zərər vuran əməlləri etnik nifrətdən qaynaqlanır. Bu ərazilərdə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin qeyri-qanuni fəaliyyətə şərait yaratması və sistemli ekoloji terrorizmin qarşısını ala bilməməsi sülhməramlı qüvvələrin komandanlığının bir qrup cinayətkar oliqarxın təsiri altında olmasının göstəricisi hesab edirik”.
 
Vurğulanır ki, ermənilərin Xankəndidəki qanunsuz əməlləri, təkcə Azərbaycanın deyil, regionun digər dövlətlərinin ekoloji sistemi üçün ciddi problemlər yaradır. BMT və digər beynəlxalq təşkilatlar ermənilərin bu və digər vəhşiliklərinə göz yummamalı, hadisələrə real yanaşmalı və təcavüzkara qarşı ciddi tədbirlər görməlidirlər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol