Narkotik satan keçmiş məhkum tutuldu

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat keçirilib.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər də xuliqanlıq və narkotik cinayətlərinə görə bir neçə dəfə məhkum olunmuş Rafiq Əsgərov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı narkotik vasitə olan heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir. Saxlanılan R.Əsgərov barəsində isə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib