2023-cü ildə istifadəsiz qalan binaların satışı həyata keçiriləcək

2023 cü il yanvarın 23- də çoxmənzilli binalarda istifadəsiz qalan mənzillərin satışı həyata keçiriləcək. Bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 23 yanvar 2023-ci il 10:00-da həmin mənzillərin onlayn satışına başlanacaq. Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda istifadəsiz qalan mənzillər nəzərdə tutulub. Satışdan əldə olunan gəlir şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təmin olunmasına xərclənəcək",- sədr vurğulayıb.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























