• $
  • €
  • ₽
  • ₺
  • £

Bəxtiyar Hacıyev şəxsi yazışmalarının yayılması ilə bağlı açıqlama verib

Bəxtiyar Hacıyev şəxsi yazışmalarının yayılması ilə bağlı açıqlama verib
28.12.2022 08:33
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev şəxsi yazışmalarının yayılması ilə bağlı açıqlama verib. Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat yayıb. 

Bəxtiyar Hacıyev bildirib ki, yazışmaların bir qismi doğru olsa da, əksər hissəsi saxtalaşdırılıb. 

"Əvvəllər həm mətbuatda, həm də sosial şəbəkələrdə dəfələrlə açıqladığım kimi, 2019-cu ilin əvvəlində prezident İlham Əliyevin təşəbbüsü ilə mənimlə əlaqə qurulub, mənə bildirilib ki, İlham Əliyev islahatlara başlayacaq, bu prosesdə mənim də yeni komandada hər hansı bir qurumda təmsil olunmağımı istədiyi bildirilib. Danışıqların aparılması fövqəladə hallar naziri Kəmaləddin Heydərova həvalə olunub.  Onunla dəfələrlə görüşlərimiz olub, bu müddətdə məndən öncəki ictimai-siyasi problemlər və onların həll yolları barədə təkliflər istəyiblər. Daha sonra prezidentlə kommunikasiyanı DTX rəisi Əli Nağıyevə həvalə ediblər. Hər iki halda da mənim şərtlərim yeni yaranacaq, şəffaf, ictimai faydası olan rəsmi təyinat olub. Danışıqlar prosesində bu istiqamətdə mümkün 5 təklif istənilib. Mən bir neçə sahədə özümü ictimai faydalı, ölkənin gələcəyinə müsbət töhfəsi ola biləcək 4 istiqamətdə təkliflərimi verib, sonuncu hissəni boş buraxmışam ki, prezident, həqiqətən, islahatlara gedəcəksə və məni, həqiqətən də hərhansı bir posta təyin etmək istəyirsə, 5-ci təklifi özü versin.
 
Bu proses uzandığına, nəticəsiz qaldığına görə öz təşəbbüsümlə danışıqları dayandırdığımı bildirmiş və 2020-ci il parlament seçkilərində iştirak etmişəm. Bu zaman da prezidentin səs verdiyi dairədə namizədliyimi irəli sürərək prezidentin öz səs verdiyi dairədə də saxtalaşdırmaya gediləcəyi halda mənim üçün islahat mərhələsinin arxada qalacağını, bunun növbəti imitasiya olacağını demişəm. Qeyd etdiyim kimi, bu danışıqlarla bağlı əvvəllər dəfələrlə həm mətbuatda, həm də sosial şəbəkə hesablarında məlumat vermişəm.
 
Mənə verilən məlumat əsasında əminliklə deyə bilərəm ki, paylaşılan yazışmalarda real hissələr olduğu kimi, məni nüfuzdan salmaq, ayrı-ayrı şəxslərlə konflikt yaratmaq üçün xeyli saxta əlavələr də edilib", -  Hacıyev açıqlama üçün yazdığı məktubunda bildirib. 

İctimai fəal Bəxtiyar Hacıyev  barəsində Bakı şəhəri Xətai rayon məhkəməsinin hakimi Fuad Axundovun qərarı ilə 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib. 

Hacıyev Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik) maddələri ilə təqsirli bilinib. 

Hacıyev jurnalist Ülviyyə Alovlunun şikayəti ilə xuliqanlıqda ittiham olunur və bir-birini böhtanda ittiham edirdilər.
 
Lida Abbaslı

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol