• $
  • €
  • ₽
  • ₺
  • £

İsa Qəmbərin xanımı elmlər doktoru olub

İsa Qəmbərin xanımı elmlər doktoru olub
28.12.2022 21:00
Tarixçi alim Aida Qəmbər Ali Attestasiya Komissuyasının qərarı ilə tarix elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

Bu barədə xəbəri Aida Qəmbərin özü ictimailəşdirib.

Aida Qəmbər 1993-cü ildən BDU-nun Tarix fakültəsidə Asiya və Afrika ölkələri tarixi kafedrasının baş müəllim, dosent vəzifəsində işləyir.

O, 1984-ci il - "İraqın BƏƏS partiyasi: ideologiya və siyasəti (1952-1963-ci illər)” adlı namizədlik dissertasiyası müdafiə edib.
 
2004-cü ildə isə "İraqın xarici siyasəti (1968-2000-ci illər)” adlı doktorluq dissertasiyasını müzakirəyə təqdim edib. Dissertasiya işinin Ali Attestasiya Komissuyasına təqdim edilməsindən təxminən 18 il sonra – bu gün Aida Qəmbərə tarix elmləri doktoru elmi dərəcəsi verilib.

O, bunu gecikmiş qərar kimi qiymətləndirsə də, sevincini gizlətməyərək sosial şəbəkədə paylaşım edib.

A.Qəmbər  1972-1977-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində oxuyub və oranı fərqlənmə diplomu ilə bitirib.

1977-1980-ci illərdə İraq Respublikasında ərəb dili tərcüməçisi işləyib.

1980-1993-cü illərdə MEA Şərqşünaslıq İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb.

1980-1984-cü illərdə SSRİ EA-nin Şərqşünaslıq İnstitutunun aspiranturasında oxuyub .

1993-cü ildən BDU-nun Tarix fakültəsində çalışır.

50-dən çox məqalənin, bir neçə monoqrafiyanın, dərs və metodik vəsaitlərin , proqramların müəllifidir.

Aida Qəmbəır Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin həyat yoldaşıdır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol