• $
  • €
  • ₽
  • ₺
  • £

Temperatur 10-14 dərəcə düşəcək - Azərbaycanda

Temperatur 10-14 dərəcə düşəcək - Azərbaycanda
05.04.2014 13:29
Bakıda güclü şimal küləyi əsəcək, rayonlarında hava yağıntılı olacaq, dağlıq və dağətəyi ərazilərdə qar yağacaqSabahdan Azərbaycan ərazisində hava soyuyacaq. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.Onun sözlərinə görə, aprelin 6-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq, güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 5-7 dərəcə isti olacaq.Aprelin 6-da Azərbaycanın rayonlarında hava yağıntılı olacaq, dağlıq və dağətəyi ərazilərdə qar yağacaq. Rayonlarda havanın temperaturu gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda isə gecə 3 dərəcə şaxta, 2 dərəcə isti, gündüz 2-5 dərəcə isti proqnozlaşdırılır. Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 6-da Abşeron yarımadasında ötən günlə müqayisədə hava şəraitinin kəskin dəyişməsi, qısa müddətdə atmosfer təzyiqinin xeyli yüksəlməsi, güclü xəzri küləyi fonunda havanın temperaturunun kəskin enməsi meteohəssas insanlar üçün çox əlverişsizdir. Aprelin 6-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Aprelin 6-da havanın temperaturu aprelin 5-i ilə müqayisədə 10-14 dərəcə düşəcək.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol