• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il jurnalistika ixtisasının magistratura pilləsinə qəbulla bağlı yenilik olacaq

Bu il jurnalistika ixtisasının magistratura pilləsinə qəbulla bağlı yenilik olacaq
05.04.2014 12:04
Bu il jurnalistika ixtisasının magistratura pilləsinə qəbulla bağlı yenilik olacaq.
 
Bu barədə TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bu gün keçirilən mətbuat konfransında deyib.
 
O bildirib ki, həmin abituriyentlər artıq dünəndən daxil olaraq anket sorğusunu doldurmalıdırlar: “Hələ ki, magistratura imtahanın birinci mərhələsində iştirak etmiş heç bir bakalavr anket sorğusunu doldurmayıb. Ümid edirik ki, aprelin 10-dək bu prosesi həyata keçirəcəklər”.
 
E.Nağızadənin sözlərinə görə, magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq,  aprelin 4-dən 10-dək TQDK-nın internet saytında müvafiq səhifədə (http://eservices.tqdk.gov.az/erizemag/) jurnalistika üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq anket sorğusunu doldurmaqla qeydiyyatdan keçməlidirlər: “Anket sorğusunun bütün bəndləri Azərbaycan dilində, yığcam şəkildə doldurulmalıdır. Anket sorğusunu doldurmaqla qeydiyyatdan keçən bakalavrlar TQDK tərəfindən elan edilən vaxtda “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edərək qabiliyyət imtahanında iştirak etməlidirlər”.
 
E.Nağızadə deyib ki, qabiliyyət imtahanından uğurla keçən bakalavrlar imtahanın ikinci mərhələsində 44 saylı jurnalistika proqramı üzrə imtahan verərək inşa (esse) yazırlar: “Bu mərhələ üzrə və ümumi müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə ixtisaslaşmaları seçə bilərlər”.
ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol