Yeni il ərəfəsində bazarlarda qiymətlər necədir?

Yeni ilin gəlməsinə sayılı günlər qalıb. Artıq bazarlarda və yarımarkalarda bayram bazarlığı başlayıb. Bayram bazarlığı ilə əlaqədar qiymətlərin insanların büdcələrinə nə qədər lazım olduğunu araşdırdıq.
Bakı sakini Səidə Muradova heç yerdə işləmədiyini və aldığı 260 manat təaqüdə bazarlıq edəcəyini deyir.
"Məcburam ki, o təqaüdlə həm komunal xərcləri ödəyim, həm də bayram üçün bazarlıq edim. İlk marketə getdim, bazarlara nisbətən marketlərdə endirimli mallardan ala bildim. Süfrəni bəzəmək üçün aldığım məhsullar ümumilikdə 85 manat ödədim. Hələ çox şey almamışam. Ətin qiyməti 13 manatdan başlayır-18 manata qədər dəyişir. Ondan da almalıyam",- o, bildirib.
İnşaatçılar metrosu yaxınlığında yerləşən bazarın satıcısı Adil Bəxtiyarov deyir ki, bayramla əlaqədar alıcıların tələbatları çoxalıb, qiymətlərdə artım var.
"Bayramla əlaqədar az da olsa qiymət artırmışıq. Neynəməliyik, bizim də pulumuz bundan çıxır. Artımın olmasının bir səbəbi də alıcıların bazarlara deyil, bayram yarmarkalarına və iri ticarət marketlərə üz tuturlar",- satıcı bildirib.
Burada qoz ləpəsi 15- 23 manat, fındıq ləpəsi 14-20 manatdır. Badam - 15 manat, şabalıd 13 manat, araxis 6 manata alıcılara təqdim olunur. Ərik qurusu 9-14-15, turşu gavalı 7 manatdır. İran xurması 3- 6, iydə 5-7 manatdır.


Alıcı Kəmalə Nağıyeva söyləyir ki, metro yaxınlığında olan çadırlarda satılan çərəzləri marketlərdə biraz ucuz tapmaq olur.
"Çalışırıq ki, hər şeydən az miqdarda alaq. Qiymətlər bizi qane etməsə də, almağa məcburuq. Səhər 3-cü mikrayonda olan kəndli bazarında oldum. Qiymətlər normal idi. Ancaq bəzi məhsullar var ki, marketlərdə daha ucuzdur",- alıcı bildirib.

Digər alıcı Sənubər Hüseynova vurğulayır ki, ötən illə müqayisədə bu il yarmarkada satılan bəzi məhsulların qiymətində bahalaşma müşahidə olunur.
"Satıcılardan soruşuruq ki, niyə belə bahadır? deyir ki, məhsulu yerindən baha qiymətə alırıq. Bəzi məhsulları yarmarkadan aldım. Ancaq qoz-fındıq və meyvə qurularını bazardan alacam. Sadaladığım məhsullar yarmarkada bahadır",- Sənubər Hüseynova söyləyib.

Dünya ərzaq inflyasiyanın sürətlənməsi orta hesabla iki aydan bir daxili istehlak qiymətlərinin artımında özünü göstərir. Qlobal miqyasda inflyasiyanın sürətlənməsinə həm də qlobal tədarük zəncirinin qırılması şəraitində məhsul təklifinin çatışmazlığı və beynəlxalq daşımaların, ilk növbədə konteyner daşımaları tarifinin artması təsir edib. Bundan başqa, enerji məhsulları da bahalaşır.
Azərbaycanda orta illik inflyasiya 6,7 faiz, ərzaq inflyasiyası 8,1 faiz, qeyri-ərzaq inflyasiyası 5,1 faiz, illik inflyasiya isə 13 faiz təşkil edib.
Aytac Zeynalova
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























