• $
  • €
  • ₽
  • ₺
  • £

Sahibə Qafarovanın təqdimatı ilə yeni auditorun namizədliyi irəli sürülü

Sahibə Qafarovanın təqdimatı ilə yeni auditorun namizədliyi irəli sürülü
29.12.2022 18:00
Dekabrın 29-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda Azərbaycan Respublikası Hesablama Palatasının auditorunun təyin edilməsi haqqında məsələyə baxılıb.
 
Milli Məclisdən verilən məlumata görə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın təqdimatı ilə Vüqar Emin oğlu İbrahimovun Azərbaycan Respublikası Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyi irəli sürülüb.
 
Tahir Mirkişili son illərdə Milli Məclis ilə Hesablama Palatası arasında peşəkar əlaqələrin inkişaf etdiyini qeyd edib, həm dövlət büdcəsi layihələrində, həm onların icrasında, həmçinin qanun layihələrinə rəy verilməsi sahəsində parlamentlə palata arasında səmərəli əlaqələrin qurulduğunu vurğulayıb. Hesablama Palatasının fəaliyyətində mühüm keyfiyyət dəyişiklikləri baş verdiyini deyən komitə sədri palatanın qarşısında duran çağırışlar, bu çağırışlara cavab vermək üçün görüləcək işlərdən danışıb.
 
Komitə sədri qeyd edib ki, 2007-ci ildən Hesablama Palatasında şöbə müdiri və aparat rəhbəri vəzifələrində çalışan Vüqar İbrahimov palatanın auditoru kimi də yeni nailiyyətlərin əldə edilməsinə öz töhfəsini verəcək.
 
İclasda çıxış edən komitə sədrinin müavini Əli Məsimli, komitə üzvləri Mahir Abbaszadə, Elnur Allahverdiyev, Məzahir Əfəndiyev, Rüfət Quliyev, İqbal Məmmədov və Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Rövşən Muradov Vüqar Emin oğlu İbrahimovun Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyi ilə bağlı fikirlərini bölüşüblər.
 
Deputatlar Vüqar Emin oğlu İbrahimovun Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyini təqdirlə qarşılayıblar, ona Palatada bundan sonra auditor kimi fəaliyyətində uğurlar arzulayıblar, təklif və tövsiyələrini diqqətə çatdırıblar.
 
İclasda Vüqar İbrahimov deputatlara namizədliyini dəstəklədikləri üçün təşəkkür edib və ona göstərilən etimadı doğrultmaq üçün bütün imkanlarını səfərbər edəcəyini bildirib.
 
Fikir mübadiləsinin yekununda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Vüqar İbrahimovun Hesablama Palatasının auditoru vəzifəsinə təyin olunması barədə təqdimatı məqsədəuyğun hesab edib və məsələ baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol