• $
  • €
  • ₽
  • ₺
  • £

“Media Menecmenti” təliminin bağlanış mərasimi keçirilib

“Media Menecmenti” təliminin bağlanış mərasimi keçirilib
29.12.2022 17:22
Medianın İnkişafı Agentliyi (MEDİA) və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 3 moduldan ibarət olan "Media Menecmenti” təlim proqramının üçüncq modulu və bağlanış mərasimi keçirilib.
 
"Audiovizual media menecmenti” mövzusunda keçirilən üçüncü modulda Litva Baş nazirinin mədəniyyət üzrə ictimai müşaviri Ornela Ramasauskaite çıxış edib.
 
O iştirakçılara "Audiovizual mediada tendensiyalar, istehlakçılar və texnoloji yeniliklər”, "Audiovizual media subyektlərinin idarə olunması: Ənənəvi və müasir dövrdə üsullar və alətlər”, "Effektiv proqram siyasətinin qurulması” və s. kimi mövzularda təlim keçib, qeyd olunan istiqamətlərdə geniş fikir mübadiləsi aparılıb.
 
Daha sonra "Media Menecmenti” təlim proqramının bağlanış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov jurnalistlərin yaradıcı-innovativ potensialını stimullaşdırmaq, xarici təcrübəyə əsaslanan nəzəri biliklərini artırmaq və yerli mediada tətbiqini reallaşdırmaq, bu istiqamətdə təcrübə mübadiləsini həyata keçirmək üçün xarici mütəxəssislərin cəlb edilməsiylə təlimlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib:
 
"Bu tədbirə əslində təlim yox, təcrübə, fikir mübadiləsi də deyə bilərik. Proqramın əsas məqsədi ənənəvi və rəqəmsal media ilə işləyərək daha keyfiyyətli məzmunun yaradılmasına, jurnalistika sahəsində yaranan yeni imkanların və mediada yeni tendensiyaların öyrənilməsinə, rəqəmsal media sahəsində peşəkar vərdişlərin inkişaf etdirilməsinə töhfə verilməsi olub. Bu cür tədbirlər davamlı olacaq".


Dörd gün davam edən təlim proqramında 60-dan çox media meneceri iştirak edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol