Qobustanda partlayış, ölən var

Bakı - Astara yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində yanacaqdaşıyan maşında partlayış baş verib.
Hadisə zamanı yanacaqdaşıyan TIR-la "Kamaz”ın toqquşduğu və daha bir neçə maşının zərər çəkdiyi bildirilir.
FHN-dən bildirilib ki, 112 qaynar xəttinə daxil olan məlumata əsasən, Qobustan qəsəbəsində yol kənarında yanacaqdaşıyan maşın yanır: "FHN-in qüvvələri dərhal hadisə yerinə gediblər. Əlavə məlumat veriləcək”.
Hadisə nəticəsində ilkin məlumata görə, 1 nəfər dünyasını dəyişib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























