• $
  • €
  • ₽
  • ₺
  • £

Qobustanda yol qəzası ilə bağlı cinayət işi açılıb, ölən sürücünün kimliyi məlum olub

Qobustanda yol qəzası ilə bağlı cinayət işi açılıb, ölən sürücünün kimliyi məlum olub
03.01.2023 17:57
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb, ölən sürücünün kimliyi məlum olub.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Hadisə zamanı ölən şəxs Heydərov Nizami Qədir oğludur.

Yol-nəqliyyat hadisəsi bu gün Bakı-Qazax yolunun 55-ci km-də qeydə alınıb.

"Opel” markalı, 99-BH-926 dövlət qeydiyyat nişanlı, "Mercedes” markalı, 99-ZD-593 dövlət qeydiyyat nişanlı və "KamAZ” markalı, 42-CB-514 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub. Hadisə nəticəsində avtomobillərdə yanğın başlayıb.

Əraziyə dərhal BDYPİ-nin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. Daha sonra yanğın söndürülüb.

Nəticədə "Mercedes” markalı yanacaqdaşıyan avtomobilin sürücüsü həyatını itirib. (report.az)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol