Azərbaycanda unun qiyməti ucuzlaşdı – Video

Ölkə ərazisində unun pərakəndə satış qiyməti ucuzlaşıb.
Yeniavaz.com Xezerxeber.az-a istinadən xəbər verir ki, bir kisəsi 41 manata olan unun qiyməti bu gündən 38 manata endirilib.
Bildirilib ki, bölgələrdə artıq satış qiymətləri aşağı salınıb.
Şirvanda əvvəllər 41-42 manata satılan 50 kq un bu gündən 38 manat, bəzi yerlərdə isə 38,70 manatdan satışa çıxarılıb.
Sumqayıt şəhərində də unun qiymətində enmə müşahidə edilir. 45 kq-lıq unun bir kisəsi 35 manat 50 qəpiyə müştərilərə təklif edilib. Şəhərin digər marketlərində 50 kq-lıq un 38 manatdan alıcılara verilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























