Ombusdman Şəki Psixiatriya xəstəxanasında nöqsanlar aşkarlayıb

Şəki Rayon Psixiatriya Xəstəxanasında çatızmazlıqlar aşkarlanıb. Həmin çatışmazlıqlar Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən müəyyən olunub.
Belə ki, xəstəxananın palatalarına, emalatxanaya, mətbəxə, yeməkxanalara, görüş otağına, ərzaq anbarına, sanitar qovşaqlara, gəzinti və idman meydançalarına baxış keçirilib. Nəticədə müəssisədə tibbi və yardımçı personalın sayının azlığı, sənədləşməyə aid bir sıra problemlər tapılıb.
Aşkarlanmış nööqsanlara görə xəstəxana rəhbərliyinə və əməkdaşlarına tövsüyələr verilib.
Ombusman bu araşdırmanı BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası”nın Fakültativ Protokolu və "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununun tələbləri əsasında təşkil edib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























