• $
  • €
  • ₽
  • ₺
  • £

2023-də autizm xəstələrinə ev verilməsi planda yoxdur - Nazir müavini

2023-də autizm xəstələrinə ev verilməsi planda yoxdur - Nazir müavini
05.01.2023 18:53
2023 cü ildə autizm xəstələr üçün evlərin verilməsi planda nəzərdə tutulmayıb. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev anews.az-a açıqlamasında bildirib. 
 
"Hazırda nazirlik tərəfindən yalnızca şəhid ailələri və müharibə əlillərinə evlərin verilməsi nəzərdə tutulub" - nazir müavini bildirib. 
 
Milli Məclisin "payız sessiyası"nın son iclaslarının birində deputat Tahir Kərimli qeydiyyatda olan  autizm xəstələrinə 10 ildən çoxdur ev verilməməsi ilə bağlı sərt çıxış edib. O bildirib ki, ona 500 nəfərin adından 43 autizm xəstəsinin valideyni müraciət edib.
 
"Mənə müraciət edən şəxslər bütün aiddiyatı orqanlara müraciət edib. Məktublarına cavab verilmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi niyə bu şəxslər üçün bir plan yeri ayırmır, niyə onlar üçün heç olmasa birmərtəbəli evlər tikilmir? Bu xəstələr müalicə olunub cəmiyyətə qayıtmalıdır. 100-dən çox autizm xəstəsi evdə kəndirlə bağlanır. Bu şəxslərin valideynləri yazıq deyilmi? Mən öz gözlərimlə elə xəstələri nə halda olduğunu görmüşəm. Parlament rəhbərliyindən xahiş edirəm bu məsələyə diqqət ayırsın"- deputat bildirib.
 
Parlamentin spikeri Sahibə Qafarova deputata cavab olaraq bildirib ki, müraciət olunan sənədlərlə aiddiyatı qurumlara məktub yollasın.
 
Səhiyyə Nazirliyindən verilən məlumata görə, 0-13 yaş aralığında belə uşaqlara görə 2020-ci ildə ilk dəfə müraciət 367 olub: "0-13 yaş arasında 2020 -ci ilin sonunda atipik autizimli uşaqların sayı 10 nəfərdir. 2020-ci ilin sonunda qeydiyyatda olan autizimli uşaqların sayı 1383, atipik autizimli uşaqların sayı isə 46 nəfərdir. 46 nəfər atipik autizm qeydiyyatlı 0-13 yaş arası uşaqlardan 32-si kişi, 14-ü qadındır.
 
2021-2022-ci ilin tədris ilinin statistikasına əsasən, 933 autizm spektr pozuntusu olan uşaq xüsusi təhsil alır.
 
Dünyada autist sindromunun ən az müşahidə olunduğu Fransa, Portuqaliya, İslandiyadan sonrakı yerlərdə Norveç, İtaliya, Almaniya, Yunanıstan, Avstriya, Belçika və İspaniya qərarlaşıb. Fransada hər 10 min nəfərə 69.3-ü (yaxud da hər 144 nəfərdən 1-i), Portuqaliyada hər 10 min nəfərdən 70.5-i (142 nəfərdən 1-i), İslandiya hər 10 min nəfərdən 71.9-u (139 nəfərdən 1-i) autistdir. Lakin ərəb ölkələrində bu rəqəmlər çox yüksəkdir.
 

 
 
Aytac Zeynalova 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol