• $
  • €
  • ₽
  • ₺
  • £

AzTV 2022-ci ildə işdən çıxarılan əməkdaşlarının sayını açıqlayıb

AzTV 2022-ci ildə işdən çıxarılan əməkdaşlarının sayını açıqlayıb
06.01.2023 13:45
"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC 2022-ci illə bağlı ənənəvi hesabatını yayıb.
 
Qurumun nəzdində fəaliyyət göstərən üç televiziya kanalı – AzTV, Mədəniyyət TV və İdman TV-də 2022-ci ildə ümumilikdə 17 adda yeni veriliş yayımlanmağa başlayıb.
 
İlham Əliyevin işğaldan azad olunmuş rayonlara, həmçinin dövlət və rəsmi səfərlərindən hazırlanmış xüsusi buraxılışlar efirə verilib, videoçarxlar hazırlanaraq müxtəlif resurslarda paylaşılıb.
 
Prezident İlham Əliyev 2022-ci ilin mayın 30-da "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin audiovizual arxiv materiallarının rəqəmsallaşdırılması və vahid bazasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb, işlərin görülməsi üçün Prezidentin ehtiyat fondundan 1 milyon manat vəsait ayrılıb.
 
Sərəncam QSC-yə məxsus AzTV, Mədəniyyət TV, İdman TV, Azərbaycan Radiosu və Beynəlxalq Radionun ümumilikdə bir əsrə yaxın dövr ərzində formalaşmış zəngin audiovizual arxiv materiallarının keyfiyyətli, etibarlı və uzunmüddətli qorunub saxlanması işinin təkmilləşdirilməsi, əksər hissəsi Azərbaycan xalqının maddi-mənəvi sərvətinə çevrilmiş həmin materialların rəqəmsallaşdırılması və vahid bazasının yaradılması məqsədilə imzalanıb.
 
2022-ci ilin birinci yarısında Teleradio Akademiyasından 85 müdavim məzun olub. Növbəti tədris ilində müsahibələrdən uğurla keçən 53 müdavim təhsilini davam etdirir.
 
Cari ildə 138 nəfər QSC-də işlə təmin edilib, 208 nəfər işdən azad edilib. Təqaüd yaşına çataraq işdən azad edilmiş işçilərin sayı isə 49 nəfərdir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol