Xankəndində yaşayan ermənilər ərzaq qıtlığının 26-cı günündə olduqlarını bildiriblər

Xankəndində yaşayan ermənilər Laçın yolunun bağlı olmasına görə 26 gündür şəhərdə ərzaq tapmadıqlarını bildirirlər.
Bu barədə BBC News məlumat verir
O bildirib ki, Xankəndi və onu əhatə edən kəndlərə bütün tədarüklər dayanıb, çünki 26 gündür ki, yeganə yol blokadadır.
"Mən şəhəri qidalandıran əsas bazarın düz yanında yaşayıram və o, bir müddətdir bağlanıb, orada qurudulmuş kəklikotu satan yalnız iki xanım var", - Vanyan adlı jurnalist BBC-yə belə məlumat verib.
Etnik ermənilərin yaşadığı ərazilərə ərzaq, tibbi ləvazimat və insanların yeganə marşrutu Laçın dəhlizi kimi tanınan yoldur. O, Qarabağla Ermənistan Respublikası arasında yeganə əlaqədir.
Dörd həftəyə yaxındır ki, Şuşa şəhərinin kənarında çadırlar quran azərbaycanlı etirazçılar tərəfindən yol bağlanıb. Xankəndiyə baxan bu şəhər 2020-ci ildə regiona nəzarət etmək üçün Ermənistanla müharibədə Azərbaycan tərəfindən geri alınıb.
Dekabrın 12-dən başlayaraq bir qrup azərbaycanlı ekoloq Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazidə faydalı yataqların qanunsuz istismarı əleyhinə etiraz aksiyasına başlanılıb. Həmin müddətdə ermənilər azərbaycanlı ekoloqların aksiyasına etiraz olaraq iki dəfə aksiya keçirib. Onların aksiya keçirməsində əsas səbəb Laçın dəhlizinin bağlı olmasına görə ərzaq, yanacaq və digər ehtiyaclardan məhrum olmaq olub.
Bu müddətdə bir sıra beynəlxalq təşkilatlar Azərbaycan tərəfini yolu açmağa çağırıb.
Azərbaycan hökuməti "Laçın dəhlizi”nin Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olduğunu vurğulayaraq, Ermənistanın iddialarını təkzib edib.
Rəsmi Bakı bildirib ki, Rusiya sülhməramlılarının nəzarətindəki ərazidə keçirilən aksiya siyasi deyil, ekoloji məqsəd daşıyır və Azərbaycan tərəfi həmin ərazilərdə yaşayan erməni əhalisinə istənilən dəstəyi göstərməyə hazırdır.
Lida Abbaslı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























