Əvəz Zeynallının həbs-qətimkan tədbirinin müddəti uzadılıb

"Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı Bakı Apelyasiya Məhkəməsində həbs-qətimkan tədbirinin müddətinin daha 3 ay uzadılması ilə bağlı Binəqədi Rayon Məhkəməsinin verdiyi qərardan şikayətə baxılacaq. Bu barədə Əvəz Zeynallının həyat yoldaşı, jurnalist Məlahət Zeynallı məlumat yayıb.
Qapalı keçirilən məhkəmə iclasında Əvəz Zeynallı özü də iştirak edib. Sifarişlə həbs olunduğunu vurğulayan "Xural TV” rəhbəri heç bir cinayət törətmədiyini deyib.
Onun vəkili Rəşad Əliyev bildirib ki, Əvəz Zeynallı haqqında həbs qətimkan tədbiri seçilməsi üçün əsas yoxdur. Vəkilin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxs haqqında alternativ qətimkan tədbiri seçməklə də istintaqı aparmaq olar. Rəşad Əliyev əmindir ki, Əvəz Zeynallının azadlıqda qalması istintaqın gedişinə heç bir təsir göstərməyəcək.
Lakin məhkəmədə iştirak edən prokurorluq təmsilçisi bununla razılaşmayıb və Əvəz Zeynallının həbsdən buraxılmasına etiraz edib.
O bildirib ki, onun azadlıqda qalması istintaqın gedişinə mane ola bilər.
Apelyasiya məhkəməsi şikayəti təmin etməyib – Binəqədi Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Vəkil Elçin Sadıqov və "Xural TV” saytının təsisçisi Əvəz Zeynallı bu il sentyabrın 10-da hazırda həbsdə olan iş adamı Rasim Məmmədovun rüşvət iddası ilə saxlanılıblar.
Sentyabrın 11-də məhkəmə hər ikisini həbs edib.
Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi Sadıqovu ev dustaqlığına keçirib.
Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvətalma) Elçin Sadıqov isə rüşvətə köməklikdə ittiham edilib.
"Xural TV” rəhbəri 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün 20 min manat pul almaqda ittiham olunur.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























