Azərbaycanda ünvanlı sosial yardımın məbləği 36 faiz artır

Azərbaycanda ünvanlı sosial yardımın məbləği 36 faiz artır.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
2023-cü il üçün ehtiyac meyarının həddi ötən ilə nisbətən 23 faiz artırılmaqla 246 manat müəyyən olunub ki, bu artımla ünvanlı yardımların da məbləği artacaq. Ailənin orta aylıq gəliri ailənin üzvlərinin hər biri üzrə ehtiyac meyarının cəmindən aşağı olduqda ailəyə arada yaranan fərq qədər yardım təyin olunur. Beləliklə, ehtiyac meyarının artması aztəminatlı ailələrə təyin olunan ünvanlı yardımın da artmasına səbəb olur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























