Şuşada yollar qardan təmizlənib, avtomobillərin hərəkəti tam bərpa olunub

Şuşa şəhərin qarın yağması ilə əlaqədar yollarda yaranan çətinliklər aradan qaldırılıb.
Şəhərin küçələrinin avtomobil yollarında nəqliyyat vasitələrinin normal hərəkəti üçün tədbirlər görülüb.
Aidiyyəti qurumlar tərəfindən yollara qum və duz səpilib. Bundan başqa, xüsusi texnikalar vasitəsilə yollar qardan təmizlənib.
Avtomobil yollarında nəqliyyat vasitələrinin normal hərəkəti tam bərpa olunub.
Qar səbəbindən elektrik və su təchizatında isə heç bir problem yaşanmayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























